Sabahın havası açıqlanıb- 41° isti

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-40 % olacaq. Abşeron çimərliklərində şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Dəniz suyunun temperaturu 23-24° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.
Tarix
21 İyul 2019 [13:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-21 13:53:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin