Erməni əsgərin postda meyiti tapılıb

12:00 - 21 İyul 2019 - Xəbər

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

APA-nın "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.
Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb. 

Xəbər xətti