Bu gündən polis gücləndirilmiş iş rejiminə keçdi

İyulun 21-dən Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədilə daxili işlər orqanlarının əməkdaşları yarışın keçirildiyi müddətdə gücləndirilmiş iş rejimində çalışacaqlar. Təhlükəsizliyin təmini məqsədilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yarada bilən cihazlar, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, videoçəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır. Qeyd edək ki, festivalda atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. /qafqazinfo
Tarix
21 İyul 2019 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-21 10:47:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin