Qusarda qoyun oğruları tutulub

Qusar rayonu Gədəzeyxur kənd sakinləri B.Seyidov və İ.Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Faktla əlaqədar Qusar RPŞ-nin TB-də araşdırmalar aparılır.
Tarix
20 İyul 2019 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-20 18:55:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin