“Honda” 94 mindən çox avtomobilini geri çağırdı

17:22 - 20 İyul 2019 - Xəbər

Yaponiyanın nəhəng avtomobil şirkəti “Honda”nın çinli ortağı “Guangqi Honda Automobile Co” (“GAC Group”) 94 min 680 ədəd avtomobilini geri çağırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb kimi hava yastıqlarında müəyyən edilmiş qüsur göstərilir.

22 iyulda başlaması planlaşdırılan bu proses 11 noyabr 2002-ci il- 27 iyul 2015-ci il tarixlərində istehsal edilən “Fit”, “City”, “Odyssesy” və “Everus S1” modellərinə, 5 iyul 2012-ci il- 1 mart 2013-cü il tarixlərində idxal edilən “Fit Hybrid” sedan modelinə məxsus avtomobillərə şamil olunacaq.

Avtomobillərin qüsurlu hissələri ödənişsiz dəyişdiriləcək.

Xəbər xətti