Bakıya yeni metro vaqonları gətirilir

21:24 - 19 İyul 2019 - Xəbər

“Bakı Metropoliteni” 10 yeni vaqon alıb.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, növbəti 10 yeni vaqon Rusiyanın paytaxtı Moskvadan yola düşüb. Vaqonlar Bakıya çatıb sazlandıqdan sonra xəttə buraxılacaq.

Qeyd edək ki, vaqonların Bakıya avqust ayında çatacağı gözlənilir./qafqazinfo

Xəbər xətti