“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Digər əlavəyə görə, sənət abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir./trend

 

Tarix
19 İyul 2019 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-19 18:39:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin