III ixtisas qrupu üzrə qəbul imtahanında 1 abituriyent maksimal bal toplayıb

16:56 - 19 İyul 2019 - Xəbər

İyulun 7-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 1 abituriyent maksimal nəticə göstərib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, həmin abituriyent ona təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb. O, Bakı şəhərindəki 192 saylı orta məktəbin məzunudur.

Eyni zamanda imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. 

İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.

Xəbər xətti