Dənizdə köməksiz qalan balıqçılar xilas edildi - FOTO

15:29 - 19 İyul 2019 - Xəbər

Dənizdə batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib.

Dövlət Sərhəd Xidməti (DSX) xəbər verir ki, Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə iki nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayıq dənizdə batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

Buna səbəb qayığın mühərrikində yaranan nasazlıq olub.

Bildirilir ki, qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin mühafizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş verən koordinatlara istiqamət götürüb, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən iki mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

Xəbər xətti