Direktora təpik atan aktyor — NAZİRLİYƏ ÇAĞIRILDI

12:00 - 19 İyul 2019 - Xəbər

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımova təpik atan aktyor Yusif Cəfərov və baş rejissor İradə Gözəlova Mədəniyyət Nazirliyinə çağırılıb.

Məlumata görə, nazirlikdə aktyora və direktora xəbərdarlıq edilib. Qeyd edilir ki, tərəflərə nazir Əbülfəs Qarayevin məsələdən xəbərdar olduğu izah edilib və barışmaları tövsiyyə olunub. Bundan sonra Əli Qasımov və Yusif Cəfərov barışıblar.

Qeyd edək ki, xoşagəlməz hadisə qastrol zamanı baş verib. Belə ki, teatrın direktoru Əli Qasımovla, aktyor Yusif Cəfərov arasında gərginlik yaranmışdı. Mübahisə davaya çevrilib və aktyor direktora təpik atmışdı./olke.az

Xəbər xətti