Bu ərazilərdə qaz olmayacaq

11:31 - 19 İyul 2019 - Xəbər

Səhər saat 10:00-dan Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsində 15000 istehlakçının qaz təchizatı dayandırılıb.

Bu, əsasən N.İsmayılov prospekti, Z.Bünyadov və Ş.Kamilov küçələrini əhatə edir. Təchizatın dayandırılması “Bakıxanov” Qaz Paylayıcı Stansiyasında aparılacaq bəzi yenidənqurma işləri ilə bağlıdır.

Bundan başqa, səhər saat 09.00-dan etibarən Gəncə şəhərinin bir hissəsində, 33000 abonentin qaz təchizatı da dayandırılıb. Bu, “Gəncə 2” və “Avtozavod” orta təzyiqli qaz xətlərində aşkar olunan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır. Abonentlərin qazla təchizatı axşam saat 18.00-dək bərpa olunacaq./qafqazinfo

Xəbər xətti