Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir

11:17 - 19 İyul 2019 - Xəbər

İyulun 19-da riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir.

Qeyd edək ki, iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə test imtahanları başa çatıb. İmtahanda iştirak edən Vüsalə Ramazanova 57 bal toplayaraq rus bölməsi üzrə namizədlər arasında yüksək nəticə göstərib. Vüsalə Ramazanova 1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogika və metodikası ixtisası, 2009-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

İmtahanlar iyulun 24-dək davam edəcək./trend

Xəbər xətti