Bakı-Sumqayıt yolunda zəncirvari qəza- 6 maşın toqquşdu

11:20 - 18 İyul 2019 - Xəbər

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

Hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.
Hazırda həmin yolda böyük tıxac var./report

Xəbər xətti