Stoltenberq: Türkiyə ilə bağlı heç kim belə fikir səsləndirməyib

10:10 - 18 İyul 2019 - DÜNYA

NATO Baş katibi Yens Stoltenberq bildirib ki, üzv ölkələrdən heç biri S-400 zenit-raket komlekslərinin alınması ilə bağlı Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

Baş katib əlavə edib ki, Türkiyə alyansın vacib üzvüdür. O qeyd edib:

"Alyansa üzv ölkələrdən heç biri Türkiyə ilə bağlı belə bir fikir heç vaxt qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq"./trend

Xəbər xətti