Ağstafada 30 yaşlı qadın özünü asıb

20:49 - 17 İyul 2019 - HADİSƏ

Ağstafa rayonunda 30 yaşlı qadın intihar edib.

Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Günay Budaqova yaşadığı evdə özünü asaraq canına qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın səbəbləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti