Şamaxıda ağır qəza - Yaralılar var

19:56 - 17 İyul 2019 - HADİSƏ

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axşam saatlarında baş verən qəza Şamaxı-Padarçöl avtomobil yolununun Göylər kəndi ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb./qafqazinfo

Xəbər xətti