Dünya şöhrətli aktrisa oğulları qız paltarında - Foto

Hollivudun məşhur aktrisası Meqan Foksun Los-Anceles küçələrində uşaqları ilə birgə gəzintisi görənləri şoka salıb.

O, iki oğluna göz qamaşdıran qız paltarı geyindirərək gəzintiyə çıxarıb.

Obyektivlərə tuş gələn məşhur ailənin fotolarında bir övladın əynində bənövşəyi köynək, sarı lasin, böyük oğlunun əynində güllü don, çəhrayı ayaqqabı və gümüşü çanta olub.

Meqanın uşaqlarını bu hala salması sosial şəbəkə izləyiciləri tərəfindən qəzəblə qarşılanıb. Onlar məşhur aktrisanın ünvanına təhqirlər yağdırıblar.

Qeyd edək ki, Meqan Foks oğullarına qız paltarı geyindirən ilk məşhur valideyn deyil. Hollivudun məşhur və cazibədar aktrisası Şarliz Teronun himayəsinə götürdüyü oğlu çəhrayı rəngi sevdiyindən eyni rəngdə ətəklər geyinir. Dünya şöhrətli aktrisa Ancelina Colinin qızı Şaylo qız paltarlarından imtina edərək əks cinsin geyimlərindən istifadə edir. /oxu.az

Tarix
17 İyul 2019 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-17 12:26:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin