Şəkidə faciəli hadisə - torpaq 2 azyaşlının üstünə dağıldı

18:56 - 16 İyul 2019 - HADİSƏ

Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti