Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı

18:31 - 16 İyul 2019 - HADİSƏ

Şəkidə avtobus qəzaya uğrayıb.

Hadisə Şəkinin Kiş kəndində baş verib. Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti