Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş -Foto

Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

Dünyasını dəyişən qadın Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi olub. Nazirliyin rəsmi səhifəsində deyilir:

"Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib".

Qeyd edək ki, Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib. Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki MRX-da vəfat edib./trend

Tarix
16 İyul 2019 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-16 11:49:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin