Qənd və şəkərin qiyməti kəskin düşdü

10:46 - 16 İyul 2019 - DÜNYA

Rusiyada qənd və şəkərin qiymətində kəskin düşmə müşahidə edilir.

Şəkər İstehsalçıları Assosiasiyasının başçısı Andrey Bodin bunu normal saymır. Belə ki, məhz yay mövsümündə Rusiya bazarlarında şəkərin qiyməti əsasən baha olub.

Onun sözlərinə görə, 2016-ci ilin iyun ayında qəndin 1 kiloqramı 45, 1 rubl, 2018-ci ildə 32, 8 rubl olduğu halda, hazırda iyun ayında qiymət ötən ilin noyabr ayına nisbətən 27,5 faiz düşüb.

Belə ki, əgər 2018-ci ilin noyabrında 1 kiloqram qəndin qiyməti 37 rubl idisə, iyunda 26, 9 rubl təşkil edib./trend

Xəbər xətti