Ağdamda VAZ-la LADA toqquşdu - Yaralılar var

20:27 - 15 İyul 2019 - HADİSƏ

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2106” markalı avtomobillə “LADA Priora” markalı minik maşını toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti