“S-400”lərin ilk partiyası Türkiyədə

14:39 - 12 İyul 2019 - DÜNYA

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyası Ankaraya tədarük edilib. “Habertürk”ün məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edilir ki, bu gün “S-400” sistemi komponentlərinin birinci partiyasının Mürted Hava Meydanına tədarükünə başlanılıb. Xatırladaq ki, Türkiyə və Rusiya arasına sözügedən ZRK-nın alışına dair saziş 2017-ci ilin aprelində imzalanıb. Saziş çərçivəsində Türkiyəyə iki ədəd “S-400” batareyasının çatdırılması gözlənilir./oxu.az

Xəbər xətti