Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb - Foto

20:06 - 11 İyul 2019 - HADİSƏ

Bakıda yol qəzası baş verib. 

Hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti