Şəki sakini Bakıda qonaq olduğu evdən 3100 manat oğurlayıb

12:46 - 11 İyul 2019 - Xəbər

Şəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

 

Araşdırma aparılır. 


Xəbər xətti