Prezident büdcənin gəlir və xərclərini təsdiqlədi     
                    
                     
                    
                        
                                         
             
            19:50  -  10 İyul   2019 -  Xəbər
                    
                    
                                                                  
                                                  
                            
                            Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərman imzalayıb.
Qanunla funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə icrasının məbləğləri təsdiq edilir.
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilir.