Azərbaycanda iyunda gündəlik neft hasilatı 8 min barel azalıb

18:00 - 10 İyul 2019 - İQTİSADİYYAT

İyun ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı may ayı ilə müqayisədə 8 min barel azalaraq 768 min barel olub. 

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bunun 695 min barelini xam neft, 73 min barelini kondensat təşkil edib. Gündəlik 471 min barel xam neft, 72 min barel kondensat, 19,2 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barel təşkil edib.
Energetika Nazirliyi iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti cari ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Xəbər xətti