Oqtay Əsədov: "Bəziləri şou yaratmağa çalışır”

13:14 - 9 İyul 2019 - SİYASƏT

“Çox təəssüf ki, Milli Məclisin iclasından sonra mediada yazırlar ki, Milli Məclis  deputatlara imkan yaratmadı, çıxışlar olmadı”.

Bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında spiker Oqtay Əsədov bildirib.
O. Əsədov deyib ki, hər dəfə iclaslardan qanun layihələri ikinci, üçüncü oxunuşda müzakirəyə çıxarılır: “Hamının gözünün qabağında, hər kəsə imkan yarada-yarada iclasımızı keçiririk. Media nümayəndələri Milli Məclisin prosedur qaydalarını bilirlər, bəziləri isə bundan şou yaratmağa çalışırlar”./Apa

Xəbər xətti