Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Elmar Məmmədyarov Almaniyanın yeni səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tarix
8 İyul 2019 [21:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-08 21:15:51
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin