Əfqanıstanda partlayış olub - Foto

10:12 - 7 İyul 2019 - DÜNYA

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.

“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb. 

 


Xəbər xətti