Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda partlayış olub - <font color=red><b>Foto</b></font>

10:12 - 7 İyul 2019 tarixində dərc olunub.

Əfqanıstanda partlayış törədilib.

Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.

“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb. 

 

Müəllif: