Binəqədidə evdən oğurluq edən ər-arvad saxlanıldı

12:21 - 6 İyul 2019 - Xəbər

“102-Zəng Mərkəzi” Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıb.

Araşdırma aparılır./trend

 

Xəbər xətti