Xırdalan şəhərində özgəsinin avtomobil qaçırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Abşeron RPİ-nə müraciət edən Xırdalan şəhər sakini Ə.Məcidov şəhər ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Masazır qəsəbəsi ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ü.Zeynalov və S.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./olke.az