Dubay əmiri Avropaya qaçmış arvadını məhkəməyə verdi

Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktum Avropaya qaçmış həyat yoldaşı Həyya bint əl-Hüseyni məhkəməyə verib.

CNN xəbər verir ki, məhkəmədə dinləmələr iyulun 30-u və 31-nə təyin edilib.

Məhkəmə iyulun 30-da əmir və arvadının iki uşaq üzərində qəyyumluğu məsələsinə baxacaq. Şahzadə Həyya əri ilə məhkəmə çəkişməsinə hazırlaşır.

Xatırladaq ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Almaniyaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.

Qeyd edək ki, şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır./oxu.az

Tarix
5 İyul 2019 [13:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-05 13:17:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin