İraq vətəndaşı Bakıda qanaxmadan ölüb

10:49 - 5 İyul 2019 - Xəbər

Bakıya turist kimi gələn İraq vətəndaşı ölüb.


"Report"un məlumatına görə, Nəsimi rayonu, M.Araz küçəsində yerləşən "Ramada" otelində qalan 1963-cü il təvəllüdlü Heydər Abdulhüseyn özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb və orada vəfat edib.

İlkin araşdırma zamanı turistin mədə-bağırsaq qanaxmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti