Rusiyanın Moskva şəhərində yerləşən “Aviapark” ticarət mərkəzindəki Avropanın ən böyük akvariumu çatlayıb.
“Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən çəkilən videodan da görünür ki, TM-in əməkdaşları akvariumun ətrafına sədd çəkib və su axan yerlərə vedrələr qoyub.
Əməkdaşların səylərinə baxmayaraq, su axının qarşısını almaq mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər aparılır.
Tarix
5 İyul 2019 [08:10]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin