Bakıda dönərxana sahibi tutuldu - 12 nəfər zəhərlənmişdi

15:42 - 4 İyul 2019 - HADİSƏ

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

İyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.
Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir./qafqazinfo

Xəbər xətti