Bakıda bədbəxt hadisə - fəhlənin başına daş düşdü

12:03 - 4 İyul 2019 - Xəbər

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb. Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb. Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub./trend

Xəbər xətti