"Qarabağ" braziliyalı futbolçunu transfer etdi

10:29 - 4 İyul 2019 - İDMAN

“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb. Komanda sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Xəbər xətti