Ukrayna ilə sərhəddə ölmüş ekipajı ilə birlikdə “KV-1” tankı tapılıb - FOTO

Rostov vilayətində Ukrayna ilə sərhəddə "Mius-Front" axtarış assosiasiyası tərəfindən  Böyük Vətən Müharibəsində iştirak etmiş “KV-1” sovet tankı tapılıb. 

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ekipajın qalıqları da tankın içərisində tapılıb. "Mius-Front" rəhbəri Andrey Kudryakov bildirib ki, ehtimala görə, bu tank 1943-cü ilin yazında Alman Cəbhəsinin cənub cəbhəsini yararkən alman təyyarələri tərəfindən məhv edililıb.

“KV-1”-in 62-ci ağır tank briqadasının tərkibinə daxil olduğu bildirilib.
Arxiv sənədlərində göstərilib ki, sözügedən hücum 18 avqust 1943-cü ildə baş verib. Həmin döyüşdə sovet qoşunları 15 texnika itirib.

1939-1942-ci illərdə istehsal edilmiş “KV-1” o dövrün 76 mm çaplı ağır tankı hesab edilirdi. Finlandiya ilə müharibədə də bu tanklardan istifadə olunub.

Tarix
3 İyul 2019 [08:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-03 08:44:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin