NATO döyüş gəmiləri Qara dənizə daxil oldu - VİDEO

08:30 - 3 İyul 2019 - DÜNYA

YouTube-da yerləşdirilmiş videoda Böyük Britaniyanın “HMS Duncan” esminesinin və Kanadanın “Toronto HMCS” freqatının Bosfordan keçdiyi anlar əks olunub.

Gəmilər Dardanel boğazından keçərək Mərmərə dənizinə, sonra Bosfor boğazından keçərək Qara dəniz akvatoriyasına daxil olublar.
NATO gəmiləri Odessaya “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak etmək üçün gediblər.

Qeyd edək ki, ABŞ və Ukrayna hərbçilərinin birgə təlimləri iyulun 12-dək davam edəcək. /oxu.az

Xəbər xətti