Yekaterinburqda Qırğız Şəhər Diasporunun keçmiş rəhbəri, biznesmen Kamçı Kərimov güllələnib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, iş adamının qarnına və ayağına odlu silahdan atəş açılıb. Bəzi şahidlərin sözlərinə görə, Kərimovun cəsədinin yanında pulla dolu çanta olub. Biznesmənə hücum edən bir neçə nəfər olub.
Onlar əvvəlcə Kərimovu döyüb, daha sonra ona atəş açıblar.