Bu gün Günəş tutulması baş verəcək

07:50 - 2 İyul 2019 - Xəbər

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq. Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Xəbər xətti