Sabirabadda iki avtomobil toqquşub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

09:14 - 29 İyun 2019 - HADİSƏ

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər hadisə yerində dünyasını dəyişib. Eyni zamanda Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəsilə Sabir qızı İbrahimova və digər bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti