Hindistanda binanın divarı çöküb: 16 ölü

09:01 - 29 İyun 2019 - Xəbər

Hindistanın Puna şəhərində inşası davam edən binanın 23 metrlik divarı çöküb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, divarın çöklməsi nəticəsində azı 16 işçi həlak olub. Bildirilir ki, divarın çökməsinə səbəb güclü yağışlar olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Məlumata əsasən, dağıntılar altında insanlar ola bilər.

Xəbər xətti