MTRŞ üç şirkətə kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verib

20:17 - 28 İyun 2019 - Xəbər

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan "Report"a verilən məlumata görə, iclasda “SELNET” MMC, “MEGALİNK” MMC və “BULUD STORE” MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətlərinə baxılıb və hər üç şirkətə müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Xəbər xətti