Toya gedən ailə qəzaya düşdü: 5 yaralı - FOTO

13:27 - 28 İyun 2019 - HADİSƏ

Türkiyənin Yozqat vilayətində minik avtomobilinin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb. Ucnoqta.az yerli məlumata görə, insident iyunun 28-i səhər saatlarında Sarıhacılı rayonunda qeydə alınıb.

Məlumata görə, İrfan Yücelin idarə etdiyi 34 DA 0690 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Qəzanın gücündən maşın aşıb.

Nəticədə avtomobilin içində olan İrfan Yücel, həyat yoldaşı və 3 uşaq yaralanıb.

Hadisə yerinə səhiyyə, yanğınsöndürmə və polis əməkdaşları cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanaya yerləşdiriliblər.

Qəzada yüngül yaralanan sürücü Yücel polis əməkdaşlarına, onu bir maşının keçdiyini və ona vurmamaq üçün idarəetməni itirərək dirəyə vurduğunu bildirib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edilir ki, ailə İstanbuldan Yozqatın Saraykənd rayonuna yaxınlarının toy mərasimində iştirak etmək üçün gedirlərmiş.

 

Namiq

 

Düğüne giden aile kaza yaptı: 5 yaralı

Düğüne giden aile kaza yaptı: 5 yaralı

Düğüne giden aile kaza yaptı: 5 yaralı

Düğüne giden aile kaza yaptı: 5 yaralı

Düğüne giden aile kaza yaptı: 5 yaralı

Xəbər xətti