Milli Məclis əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişikliyi təsdiqlədi

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

- Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tarix
27 İyun 2019 [12:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-27 12:58:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin