Kaliforniyada atışma: 5 ölü

07:34 - 25 İyun 2019 - HADİSƏ

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində atışma nəticəsində 5 nəfər olub. Hadisəni törədən şəxsin də onların arasında olduğu bildirilir. Bu barədə yerli AVS7 telekanalı məlumat yayıb. Atışma bazar ertəsinə keçən gecə baş verib. Polis əməkdaşları yaralı kişi və qadının olduğu evə daxil olmaq üçün zirehli avtomobildən istifadə etməli olublar.

Yaralılar xəstəxanaya yerləşdirildikdən sonra keçiniblər. Bundan əlavə, evdə üç nəfərin meyiti tapılıb. ("Report")

Xəbər xətti