Şamaxıda 50 ha sahə YANIR

16:45 - 23 İyun 2019 - ÖLKƏ İÇİ

Şamaxı rayonunda 50 hektardan çox biçilmiş və biçilməmiş taxıl sahəsi yanır.

Yanğın Çarhan kəndi yaxınlığındakı sahədən başlayaraq Şəhriyar qəsəbəsinə qədər olan ərazini əhatə edir. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Külək yanğının söndürülməsi işinə çətinlik yaradır.

Kənd sakinlərinin də su maşınları ilə köməyə gəldiyi bildirilir./oxu.az

Xəbər xətti